UEFA prezidentindən açıqlama -AVRO-2020 ilə bağlı
UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin bir ölkədə təşkili variantını nəzərdən keçirir.
Sportfm.az xəbər verir ki, bu barədə Almaniyanın "Bavariya" klubunun prezidenti və UEFA prezidentinin müşaviri Karl-Haynts Rummenigge "Lequipe" nəşrinə açıqlamasında bildirib.
O bildirib ki, yekun qərar martın 5-dən tez verilməyəcək: "Bilirəm ki, Çeferin koronavirusla bağlı situasiyaya çox ciddi yanaşır, Avropa çempionatının bir ölkədə keçirilməsinin ağlabatan olub-olmayacağını düşünür. Bu zaman bütün lazımi tədbirlərə riayət olunacaq. Unutmayaq ki, çempionatın 12 ölkədə keçirilmək ideası pandemiyadan əvvəl ortaya çıxıb" - deyə Rummenigge vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Oxşar xəbərlər
8 şəhər UEFA-ya təminat verdi - AVRO-2020
UEFA-dan güzəşt - Verilən vaxtın müddəti uzadıldı
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
İcraiyyə Komitəsinin iclası təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası