Azərbaycan millisinin heyəti açıqlandı -17 taekvondoçu
Noyabrın 25-də Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi start götürəcək.
Sportfm.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq.
Avropa birinciliyində baş məşqçi Rəşad Məmmədov və məşqçi Vurğun Cəfərov Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq), Fatimə Həsənova (51 kq), Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Abdulsübhan Dadaşlı (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (+65 kq) şans verəcək.
Bu gün Vallettaya yollanan komanda noyabrın 30-da Bakıya qayıdacaq.
Oxşar xəbərlər
Millimizin Avropa birinciliyi üçün heyəti - SİYAHI
Maltada daha 2 medal - Avropa Birinciliyi
Balaca taekvondoçumuzdan böyük uğur - FOTO
Milli komandamızın heyəti məlum oldu
Azərbaycan millisinin Zaqreb sınağı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası