reklam
Balaca taekvondoçumuzdan böyük uğur -
Sportfm.az xəbər saytı

Balaca taekvondoçumuzdan böyük uğur -FOTO


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında keçirilən dünya birinciliyinin ikinci yarış günündə Azərbaycan medal qazanıb.

Sportfm.az xəbər verir ki, 33 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Budaqlı yarımfinala vəsiqə qazanıb.

14 yaşlı taekvondoçu Levi Qavası (Kanada), Dieqo Qerubini (Avstraliya), Conatan Haimi (İsrail) və Nelson Dedeqbeni (Fransa) məğlub edərək artıq bürünc medalı təmin edib.

Qeyd edək ki, 31 iyulda başa çatacaq yarışda bu gün Mehdi Budaqlıdan başqa, İlyas Hətəmli (37 kq), Vasif Səlimov (53 kq), Firəngül Abbaszadə (41 kq) və Şəms Əlizadə (47 kq) də mübarizə aparıb.

Oxşar xəbərlər

Maltada daha 2 medal - Avropa Birinciliyi
Azərbaycan millisinin heyəti açıqlandı - 17 taekvondoçu
Fuad Məhərrəmli bürünc mükafata sahib oldu
Milli komandamızın heyəti məlum oldu
Azərbaycan millisinin Zaqreb sınağı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər