reklam
Milli komandamızın heyəti məlum oldu
Sportfm.az xəbər saytı

Milli komandamızın heyəti məlum oldu


İyulun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində start götürəcək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək Azərbaycan taekvondoçularının adları müəyyənləşib.

Sportfm.az xəbər verir ki, 4 gün davam edəcək milli dünya birinciliyində 17 (10 oğlan və 7 qız) idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elnur Amanov və böyük məşqçi Vurğun Cəfərovun yetirmələrindən Mehdi Budaqlı (33 kq), İlyas Hətəmli (37 kq), Riad Quliyev (41 kq), Fuad Məhərrəmli (45 kq), Bahadur Dostuyev (49 kq), Vasif Səlimov (53 kq), Əbdülsübhan Dadaşov (57 kq), Yunis Hüseynov (61 kq), Elcan Əliyev (65 kq) və Nihad Həsənova (65 kq yuxarı) etimad göstərib.

Yenieyetmə qızlardan isə Zəhra İsayeva (29 kq), Gülü Zamanlı (33 kq), Xuraman Cavadzadə (37 kq), Firəngül Abbaszadə (41 kq), Banu Quliyeva (44 kq), Şəms Əlizadə (47 kq) və Fatimə Həsənova (51 kq) çəki dərəcəsində mübarizə aparacaq.

Oxşar xəbərlər

Millimizin Avropa birinciliyi üçün heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - 17 taekvondoçu
Yığmamız 15 idmançı ilə təmsil olunacaq
Balaca taekvondoçumuzdan böyük uğur - FOTO
Azərbaycan millisinin Zaqreb sınağı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər