reklam
“Rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı” -
Sportfm.az xəbər saytı

“Rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı” -Joze Alesio


Futzal üzrə milli komandamız dünya çempionatının seçmə mərhələ oyununda səfərdə Yunanıstanı 7:0 hesabı ilə məğlub edib. 

Sportfm.az xəbər verir ki, matçdan sonra yığmamızın baş məşqçisi Joze Alesio Da Silva futzal federasiyasının saytına açıqlama verib: 

“Uşaqları təbrik edirəm. Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşürdü. Konsantrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. Yenə deyirəm, indi asan rəqib, rahat udulacaq komanda yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.

Oxşar xəbərlər

"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
“Alesio Da Silva dedi ki, hesabı erkən açmalıyıq" - Millimizin qapıçısı
Joze Alesio:"Çərçivə”yə düşməkdə çətinlik çəkdik"
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
Yığmamızın baş məşqçisi: Deməzdim ki, nəticə bizim üçün vacib deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər