reklam
Joze Alesio:
Sportfm.az xəbər saytı

Joze Alesio:"Çərçivə”yə düşməkdə çətinlik çəkdik"


Sportfm.az xəbər verir ki, DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində bu gün Slovakiya yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva oyundan sonra affa.az saytına açıqlama verib:

"Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma onların qələbə istəyi buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi. Biz qələbə qazansaydıq da, sonuncu oyunun nəticəsini gözləməli idik”.

 

Oxşar xəbərlər

“Rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı” - Joze Alesio
"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
"Qorxduğum başıma gəldi" - Joze Alesio
“Bu gün çox yaxşı oynadıq” - Joze Alesio Da Silva

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər