Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həbsdə olan klub prezidenti əfv olunmasını istəyir - Azərbaycanda
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda 120 müraciətə baxılıb. İndiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb. Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.
Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Yanvarın ilk günlərində həbs olunan "Şərurspor"un prezidenti Sərdar Bağırov əfv üçün müraciət edənlər arasındadı. İş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı təcridxanasındadı.
Oxşar xəbərlər
Məhşur futbolçu vergidən yayındı - 34,6 milyon avro
“Atletiko”nun oyunçusu haqda həbs qərarı - 6 ay azadlıqdan məhrum olunacaq
Futbolçu vergidən yayınmaqda ittiham olunur
Klub prezidenti həbs olundu - Azərbaycanda
Azərbaycanda süni örtüklü meydançalar ləğv edilə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası