reklam
Futbolçu vergidən yayınmaqda ittiham olunur
Sportfm.az xəbər saytı

Futbolçu vergidən yayınmaqda ittiham olunur


“Atletiko”nun futbolçusu Dieqo Kosta vergidən yayınmaqda ittiham olunur.

Sportfm.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 31 yaşlı hücumçunun 6 aylıq həbs və ya 500 min avro cərimə ilə üz-üzə olduğu iddia olunur.

Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Maria, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.

Oxşar xəbərlər

Məhşur futbolçu vergidən yayındı - 34,6 milyon avro
“Atletiko”nun oyunçusu haqda həbs qərarı - 6 ay azadlıqdan məhrum olunacaq
Futbolçuya 2,3 milyon dollarlıq cərimə verildi
Lionel Messi vergidən yayınmaqda şübhəli bilindi
Neymar hökuməti məhkəməyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər