Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nərgiz Hacıyeva:”Futbol vərdişləri bəs etmir”
Sportfm.az xəbər verir ki, martın 4-dən etibarən Azərbaycan Futnet Assosiasiyası təsis edilib.
Artıq futboltennis idman növü ilə məşğul olanlar ilk məşqə çıxıb. "Marafon” idman klubunun məşq meydançasında toplaşanlar arasında həvəslə çalışan gənc qız saytımıza müsahibəsində bir çox məqamlara aydınlıq gətirib. Nərgiz Hacıyeva ilə söhbətdə məlum olub ki, futboltennisə olan marağı onu zala gətirib:
"Bu idman növünü daim izləyirdim. İnternetdə olan videolara baxırdım. Etiraf edim ki, çox xoşuma gəlir. Bizdə futnet üzrə assosiasiyanın yaranmasından sonra bu idman növü ilə məşğul olmaq imkanı əldə etmiş oldum. Çox maraqlı və əyləncəlidir. Bütün gənclərə tövsiyə edirəm. Ancaq onu da deməliyəm ki, bu digər idman növlərindən tamamilə fərqlənir. Mən özüm 13 yaşından futbolla məşğul olmağa başlamışam. İlk məşqçim Boris Tibilov olub. Ancaq futboltennisdə təkcə futbol vərdişləri bəs etmir”.
Oxşar xəbərlər
Futnet Federasiyası 5 ili arxada qoydu - YUBİLEY
Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO
Tovuzda mötəbər yarış keçiriləcək
Azərbaycan daha bir beynəlxalq quruma üzv oldu
Sevda Nuriyeva:"Futnet üzrə ölkə çempionatı çox maraqlı bir yarış olacaq”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası