reklam
Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO
Sportfm.az xəbər saytı

Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO


Futnet üzrə Azərbaycan yığmasının baş məşqçisinin adına aydınlıq gəlib.
 
Sportfm.az xəbər verir ki, 2017-ci ildə təsis olunan Azərbaycan Futnet Assosiasiayasının İcraiyyə Komitəsinin ilk iclası baş tutub. Tam tərkibdə keçən toplantıda görülən işlərlə bağlı hesabat dinlənilib. Komitə üzvləri Rusiyanın paytaxtı Moskvada keçirilən son turnirdə iştirak edən futnet üzrə yığma komandamızın çıxışına qiymət verib və idmançılarımızın ilk cəhddən qazandığı nəticəni uğurlu sayıb. Daha sonra futnet millimizin baş məşqçi postuna PRO kateqoriyalı mütəxəssis Elşad Quliyevin təyin edilməsi öz təsdiqini tapıb. İclasda İcraiyyə Komitəsinin yeni üzvü Nərgiz Eyvazova çıxış edərək, bu idman növünün Azərbaycanda populyarlıq qazanması üçün Assosiasiyasının bütün imkanlarını səfərbər edəcəyini bildirib. Cari məsələlərin və gələcək planların da müzakirə edildiyi yığıncaqda, futnet üzrə ölkəmizdə təşkil ediləcək beynəlxalq və daxili yarışların təqvimi də təsdiqlənib. 
Qeyd edək ki, artıq AFNA tərəfindən Beyləqanda, Gəncədə və Tovuzda futnet üzrə mötəbər turnirlər keçirilib. 

Oxşar xəbərlər

İdman assosiasiyasının adı dəyişdirildi - Azərbaycanda
Futnet üzrə Azərbaycan Super Liqası nə vaxt başlayır? - RƏSMİ
Tovuzda mötəbər yarış keçiriləcək
Azərbaycan daha bir beynəlxalq quruma üzv oldu
Azərbaycan Futnet Assosiasiyasının təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər