reklam
Futnet Federasiyası 5 ili arxada qoydu -
Sportfm.az xəbər saytı

Futnet Federasiyası 5 ili arxada qoydu -YUBİLEY


Bugün Azərbaycan Futnet Federasiyasının fəaliyyətə başlamasının 5 ili tamam oldu. 

2017-ci ildə ölkəmizdə iki idman növünü özündə birləşdirən Futnet Federasiyası təsis edilib. Təsis konfransında federasiyasının prezidenti Vüsal Xəlilov seçilib.

Futnet və futvole idman növləri üzrə daxili və beynəlxalq yarışların təşkili ilə ilk ildən məşğul olan qurum milli komandalarımızın formalaşdırılması, bu iki idman növünün ölkəmizdə populyarlaşması, təbliği və inkişafını da öz üzərinə götürüb. 

Federasiya vüsal Xəlilovun rəhbərliyi ilə qısa zamanda beynəlxalq idman dairələrində böyük nüfuz qazanaraq bir çox mötəbər turnirlərə dəvət alıb, dünya və Avropa Çempionatlarının keçirilməsində bilavasitə yaxından iştirak edərək bu istiqamətdə örnək iş sərgiləmişdir. 

Mütamadi olaraq futnet və futvole üzrə Azərbaycan Çempionatlarını və ölkə kuboku uğrunda yarışları təşkil etməklə paralel, federasiya rəhbərliyi Bakıda bir çox yüksək səviyyəli beynəlxalq turnirlərə də ev sahibliyi edib. 

Futnet Federasiyası (qısa adı AFNF) hər iki idman növünün təkcə paytaxt Bakıda deyil, bölgələrimizdədə inkişafı üçün daim rayonlarda turnirlər təşkil edir. 

Futvole və futnet üzrə milli komandaların tərkinin müəyyən edilməsi kimi vacib bir öhdəliyi də öz üzərinə götürən AFNF, həmdə idmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil etməsini təmin edərək, bayrağımızı dünyanın dörd bir yanında dalğalandırıb. 

Sportfm.az kollektivi olaraq federasiya rəhbərliyini və qurumda çalışan hər kəsi təbrik edirik. 

 

 

Oxşar xəbərlər

Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
Futnet Federasiyası ilə yekun vuracaq - Tədbir
Azərbaycan Futnet Federasiyası yeni təşəbbüs irəli sürdü
İdman assosiasiyasının adı dəyişdirildi - Azərbaycanda
Azərbaycan daha bir beynəlxalq quruma üzv oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər