reklam
Azərbaycan Futnet Assosiasiyasının təqdimatı olub
Sportfm.az xəbər saytı

Azərbaycan Futnet Assosiasiyasının təqdimatı olub


Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təqdimat mərasimi keçirilib.
Tədbirdə xarici ölkələrin bir sıra idman federasiyalarının rəhbərləri, dövlət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Assosiasiyanın rəhbər vəzifələrinə keçirilən seçkilərin nəticələri açıqlanıb. Qeyd olunub ki, Vüqar Xəlilov assosiasiyanın prezidenti, Samir Məmmədov birinci, Rüfət Hüseynov isə vitse-prezident seçiliblər. Qurumun baş katibi Əfqan Həmzəyev, mətbuat xidmətinin rəhbəri isə Araz Əhmədov olub.
Təqdimat mərasimində çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıblar. Mərasimdə iştirak edən qonaqlar ölkəmizin futnet ailəsinə qatılmasına ürəkdən sevindiklərini, gələcəkdə Azərbaycanın bu idman növündə böyük uğurlar əldə edəcəyini bildiriblər. Həmçinin, bölgələrdən gələn qonaqlar öz çıxışlarında futnetin böyük populyarlıq qazanacağına əmin olduqlarını qeyd ediblər. Tədbir zamanı bu ecazkar idman növünün gözəlliklərini sərgiləyən videorolik nümayiş etdirilib.

Oxşar xəbərlər

İdman assosiasiyasının adı dəyişdirildi - Azərbaycanda
Elşad Quliyev yığmamızın baş məşqçisi oldu - FOTO
"Turan" klubu Bakıya gələcək
Azərbaycan daha bir beynəlxalq quruma üzv oldu
Azərbaycanda futboltennis üzrə ilk yarış keçirilir - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər