reklam
Ulduz futbolçunun müqaviləsi ləğv edilə bilər -
Sportfm.az xəbər saytı

Ulduz futbolçunun müqaviləsi ləğv edilə bilər -Məhkəmə


Futbol üzrə İspaniya La Liqasının nümayəndələri Fransa millisinin hücumçusu Kilian Mbappenin PSJ ilə bu ilin mayında imzaladığı yeni müqavilənin ləğvi üçün Paris inzibati məhkəməsinə müraciət edib.

Sportfm.az xəbər verir ki, vəsatət təcili xarakter daşımadığından təmin olunmayıb.

İspaniya tərəfinin hüquqlarını müdafiə edən vəkili Xuan Branko bildirib ki, ilk cəhdləri güclü müqavimətlə qarşılaşsa da, bu, hələ başlanğıcdır: "Bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət ünvanlayacağıq".

Qeyd edək ki, Kilian Mbappe ötən mövsümün sonunda İspaniya "Real Madrid"i ilə anlaşsa da, sonradan PSJ ilə müqavilənin müddətini daha 2 il uzadıb.

 

Oxşar xəbərlər

PSJ Mbappe ilə razılığa gəldi
İspaniya super klubu istəyinə çatır - İllik 35 milyon avro maaş
Messi, Mbappe, Kvarasxeliya, Neymar və digərləri...
"Qızıl top" mükafatı üçün əsas namizədlər - SİYAHI
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər