

"Qızıl top" mükafatı üçün əsas namizədlər -SİYAHI
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 2023-cü il üçün əsas namizədlərinin yeni siyahısı dərc olunub.
Sportfm.az xəbər verir ki, "Goal" nəşrinin ilkin proqnozuna əsasən, birinci pillədə Fransa PSJ-sində çıxış edən Argentina millisinin futbolçusu Lionel Messi qərarlaşıb.
Onun Paris təmsilçisindəki komanda yoldaşı Kilian Mbappe ikinci, İngiltərə "Mançester Siti"sindən Erlinq Holann üçüncü sıradadır.
İlk "10-luğ"u İspaniyanın "Atletiko" (Madrid) komandasında çıxış edən Antuan Qrizman qapayır.
1. Lionel Messi (PSJ, Fransa)
2. Kilian Mbappe (PSJ, Fransa)
3. Erlinq Holann ("Mançester Siti", İngiltərə)
4. Neymar (PSJ, Fransa)
5. Robert Levandovski ("Barselona", İspaniya)
6. Vinisius Junior ("Real Madrid", İspaniya)
7. Kevin De Brüyne ("Mançester Siti", İngiltərə)
8. Məhəmməd Salah ("Liverpul", İngiltərə)
9. Xviça Kvaratsxeliya ("Napoli", İtaliya)
10. Antuan Qrizman ("Atletiko", İspaniya)
Qeyd edək ki, "Qızıl top" mükafatını 2022-ci ildə "Real Madrid"in və Fransa millisinin hücumçusu Kərim Benzema qazanıb.
Oxşar xəbərlər
Mbappe ən yaxşılar arasında ilk pillədə - SİYAHI
“Qızıl top” mükafatına namizədlər - SİYAHI
İlin ən yaxşı oyunçusu adına namizədlər - SİYAHI
Messi, Mbappe, Kvarasxeliya, Neymar və digərləri...
"Qızıl top"a ən real namizədlər - Siyahı yeniləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuz klubunda addəyişmə işlərinə başlandı, açılış olacaq - EKSKLÜZİV, FOTO
-
"Şamaxı" "Sumqayıt"a, “Sabah” “Turan Tovuz”a qarşı - Misli Premyer Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Karateçi nazirimiz - FOTOLAR
-
Kökçünün komandası kubokda qalib gəldi
-
Bu dəfə ona Qırğızıstanın yolu göründü - FOTO