"Qəbələ" 2 futbolçusunu göndərdi -Ayrılıq
“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Sportfm.az xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev 2022-2023-cü illər mövsümündən “qırmızı-qara” formada çıxış etməyəcək.
2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müddəti başa çatıb. O, 2021-2022-ci illər mövsümündə “qırmızı-qaralar”ın heyətində 28 oyun keçirib.
Ehtiramla başa çatan müqavilənin müddəti uzadılmayıb. “Qəbələ”də 2015-2016-cı illər mövsümündə debüt edən futbolçu əsas komandada ümumilikdə 42 matç (1 qol) keçirib.
“Qəbələ” İdman Klubu Mehbalıyevlə Şahverdiyevə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Oxşar xəbərlər
Omar Hani "Qəbələ"dən yola salındı
"Qəbələ"də 3 yeni müqavilə
"Qəbələ" legioneri ilə vidalaşdı - Müqavilə başa çatdı
“Qəbələ”nin yeni transferi - Müqavilə
Hollandiyalı futbolçu Azərbaycanı tərk etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası