reklam
Omar Hani
Sportfm.az xəbər saytı

Omar Hani "Qəbələ"dən yola salındı


"Qəbələ” iordaniyalı futbolçu Omar Hani ilə yollarını ayırıb.
Sportfm.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin sentyabrından komandada çıxış edən legioner “qırmızı-qara” formada 85 matçda 4 qol vurub. Omar Premyer Liqada 71 (3 qol), Azərbaycan kubokunda 10 (1 qol), avrokuboklarda 1 matçda iştirak edib. Asiyalı futbolçu “Qəbələ”nin heyətində 2022-2023-cü illər mövsümündə Azərbaycan kubokunun qalibi olub.
“Qəbələ” İdman Klubu Omar Haniyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Oxşar xəbərlər

"Qəbələ" israillini göndərdi - Ayrılıq
Sxadadze Qəbələdə "təmizliyə" başladı - Abramov göndərildi
"Qəbələ" israilli futbolçu ilə yollarını ayırdı - RƏSMİ
İordaniyalının Azərbaycanda 50-ci oyunu
Hollandiyalı futbolçu Azərbaycanı tərk etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər