reklam
Sportfm.az xəbər saytı

"Bizə hələ də zal verilməyib, dəstəyimiz yoxdur...” -


“Olimpiya oyunlarından əvvəl biz gərək müəyyən yarışlarda, master-klaslarda iştirak edək”

 

Breyk dans çılğın və enerji dolu gənclərin rəqsidir. Çünki onun yaradıcıları da elə gənclər olub. Küçə rəqsi kimi tanınan breyk dansı ilk dəfə 1980-ci ilin əvvəllərində Amerikanın Nyu York ştatındakı gənclər oynayıb. Akrobatik və pantomim hərəkətlərin vəhdətindən yaranan bu rəqsi bizim gənclər də çox sevir. 
Sportfm.az xəbər verir ki, Moderator.az-a açıqlama verən müsahibimiz Zəvvar Kərimov 11 ildir ki, breyk-dansla məşğul olduğunu deyir.
“Dərs fəaliyyəti göstərirəm, tələbələrim var, işlərimizi mükəmməl olaraq görürük. İnsan var ki, doğulanda istedadlı olmalıdır, insan da var ki, əziyyət çəkərək nəyəsə nail olur. Biz tələbələri qəbul edəndə müşahidə edirik, elə tələbə var ki, bir hərəkəti ona göstərəndə o dəqiqə götürür. Uşaq da var ki, ona aylar lazımdır ki, nəyisə mənimləsin. Breyk-dansçı olmaq üçün bədən elastikliyi, fiziki qüvvəsi olmalıdır. Biz onlara psixoloji baxımdan da dəstək oluruq ki, həvəsdən düşməsin. Biz o vaxt breyk-dansa başlayanda videolara baxıb öyrənirdik, başa salan yüzdə bir olardı. Bizim 2 ilə öyrəndiyimiz nələrisə tələbələrimiz cəmi 2 aya öyrənir. Çünki biz artıq baza hissəsini yaxşı bilirik. Təbii ki, breyk-dansda təhlükə qaçılmazdır. Təhlükə daha çox akrobatik hərəkətlər zamanı olur. Başda, əldə yaxşı dayanmaq lazımdır, 6 addım hərəkəti var ki, bədəni tamam bərkidir. Bu prosses 5-6 ay davam edir, əzələ bərkiyir, daha sonra başqa hərəkətlərə keçirsən” 
Yeri gəlmişkən breyk dans 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarının proqramına daxil edilib. Rəqs hara, olimpiyada hara deyə düşünə bilərsiz. Yəqin ki, təşkilatçılar Breyk dansa rəqs yox, idman növü kimi maraq yaratmaq istəyiblər. Görünür bu istəklərinə nail ola biliblər.  Lakin növbəti olimpiya oyunlarında ölkəmizi bu idman növü üzrə kiminsə təmsil edəcəyi müəmmalıdır. Çünki Zəvvar Kərimov bununla bağlı heç bir dəstək almadıqlarını bildiriblər.
 
“Biz bu xəbəri eşidəndə çox sevindik, düşündük ki, bizim də Olimpiya oyunlarına getmək şansımız var. Bu yaxınlarda bizə deyildi ki, sizin işə baxılacaq. Oturduq, toplantı oldu, hal-hazırda yığma komandada 8-9 idmançı var, hamısı da fərqli məkanlarda məşq edirik. Bizə hələ də zal verilməyib. Hələ ki, gözləyirik. Prosses gedir, biz buna ümid edib, məşq edirik. Sağ olsun, dostumuz zalında məşq keçməyə şərait yaradır. Amma vaxt qısalır, artıq il yarım vaxt qalıb. Bu il yarım ərzində biz bir neçə  neçə yarışlarda, master klaslarda iştirak etməliyik ki, bizə təcrübə qazanaq. Təcrübə olmadan biz gedib birdən-birə Parisdə heç nə edə bilmərik. Bizə ondan öncə lisenziya lazımdır, yarışlarda lisenziya alaq. Ümid edirik, gözləyirik ki, yaxşı olacaq” deyə idmançı bildirib.
 
Breyk dansın idman yarışı 2018-ci ildə Argentinada keçirilən Yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında debüt edib. Ümid edək ki, bizim idmançılarımız da növbəti olimpiya oyunlarında iştirak hüququ qazana və ölkəmizi uğurla təmsil edə biləcək.

Oxşar xəbərlər

IOC olimpiadanın yarış formatını təsdiqlədi - Paris-2024
Bu dəfə alınmadı - Şəhriyar və Teymur məğlub oldu
Dünya kubokunun finalında tay-breyk partiyaları oynanılacaq
Tennisçilərimiz gənclərin Olimpiya Oyunlarında iştirak edəcəklər
Rusiya 208 idmançı ilə Olimpiadaya qatılacaq - Neytral bayraq altında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər