reklam
Bu dəfə alınmadı -
Sportfm.az xəbər saytı

Bu dəfə alınmadı -Şəhriyar və Teymur məğlub oldu


Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.

Sportfm.az xəbər verir ki, Şəhriyar Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gəlib. I və III partiyada rəqibi ilə heç-heçə edən 36 yaşlı qrossmeyster II və IV qarşılaşmasında məğlubiyyətlə üzləşib. Məmmədyarov yekunda 1:3 hesabı ilə uduzub.

Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyovla qarşılaşıb. 4 görüşün hamısı bərabərliklə başa çatdığı üçün tay-breyk oynanılıb. Rəcəbov burada rəqibinə məğlub olub 0,5:1,5.

Çempionlar turu

25 sentyabr

I tur

Teymur Rəcəbov - Vladislav Artemyov (Rusiya) - 2:2 (tay-breyk - 0,5:1,5)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov - 1:3

Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) - 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa) - 2:2 (tay-breyk davam edir)

Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ) - 2:2 (tay-breyk 1,5:0,5 )

Qeyd edək ki, turnirin mükafat fondu 100 000 ABŞ dollarıdır.

 

Oxşar xəbərlər

Teymur Şəhriyara üstün gəldi - Turnir
Məmmədyarov və Rəcəbov yenə uduzdu - Çempionlar Turu
Rəcəbov tay-brekdə uduzdu - Çempionlar Turu
Teymur Rəcəbovla və Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər