reklam
IOC olimpiadanın yarış formatını təsdiqlədi -
Sportfm.az xəbər saytı

IOC olimpiadanın yarış formatını təsdiqlədi -Paris-2024


Beynəlxalq Olimpiya Komitəsinin (IOC) İcraiyyət Şurası Paris-2024 Yay Olimpiya Oyunlarının təsnifat meyarlarını, yarışların formatını və onların ilkin təqvimini təsdiqləyib.

Sportfm.az xəbər verir ki, Milli Olimpiya komitələri və idmançıların Oyunlara bütün mümkün seçim üsulllarını təsvir edən ətraflı sənəd tezliklə IOC-un rəsmi saytında dərc olunacaq.

2024-cü ilin mart - iyununda qayayadırmanma, skeytbordinq, breyk-dans və BMX-fristayl növləri üzrə dörd günlük 3 festival-turnir keçiriləcək. İdmançılar bu yarışların yekununda olimpiadada iştirak hüququ qazanacaqlar.

Bundan əlavə, olimpiadanın Təşkilat Komitəsi ilə birlikdə yarış sessiyalarının ilkin başlama və bitmə vaxtları da təsdiqlənib. Cədvəl elə hazırlanıb ki, bütün idmançılar açılış və bağlanış mərasimlərində iştirak edə bilsinlər.

Medallar uğrunda mübarizəyə iyulun 24-də, Paris-2024-ün rəsmi açılışından iki gün əvvəl start veriləcək. 19 gün ərzində 32 idman növü üzrə 329 dəst medal oynanılacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları 26 iyul - 11 avqustda olacaq.

Oxşar xəbərlər

Paris-2024 Olimpiya Oyunlarına biletlər satışda
Rusiyalı idmançılar Paris-2024-də iştirak edəcək - ABŞ istəyir
Paris-2024-ün lisenziya reqlamenti açıqlandı
Yay Olimpiya Oyunlarının proqramı açıqlandı
Karate olimpiadanın proqramından çıxarıldı - Paris - 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər