reklam
Bu gün 3 cüdoçumuz çıxış edəcək -
Sportfm.az xəbər saytı

Bu gün 3 cüdoçumuz çıxış edəcək -Böyük Dəbilqə


Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.

Sportfm.az xəbər verir ki, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən başlayacaqlar.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev 1/16 final mərhələsində türkmənistanlı İlham Kemalovla üz-üzə gələcək.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini, Elcan Hacıyev isə qırğızıstanlı Vladimir Zoloyevi sınağa çəkəcək.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

Oxşar xəbərlər

Böyük Dəbilqədə azərbaycanlı azərbaycanlıya qarşı - Duel
Sonuncu cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuzdan bürünc medal
Cüdoçularımız finala çıxa bilmədi - Böyük Dəbilqə
4 cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər