reklam
Cüdoçularımız finala çıxa bilmədi -
Sportfm.az xəbər saytı

Cüdoçularımız finala çıxa bilmədi -Böyük Dəbilqə


Gürcüstanın paytaxtı Tbilisidəki Böyük Dəbilqədə Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən iki cüdoçudan heç biri finala yüksələ bilməyib. 

Sportfm.az xəbər verir ki, Zelim Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə, Elcan Hacıyev isə cənubi koreyalı Junhvan Liyə uduzub. 

Bürünc medal qarşılaşmasında Tçkayev özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək. 

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

Oxşar xəbərlər

Hacıyev finala yüksəldi - Avropa çempionatı
Cüdoçumuz zaqrebdə gümüş qazandı
Cüdoçumuzdan bürünc medal
Bu gün 3 cüdoçumuz çıxış edəcək - Böyük Dəbilqə
Məmmədəli qızıl medal qazandı - Böyük Dəbilqədə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər