reklam
Böyük Dəbilqədə azərbaycanlı azərbaycanlıya qarşı -
Sportfm.az xəbər saytı

Böyük Dəbilqədə azərbaycanlı azərbaycanlıya qarşı -Duel


Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq. 

Sportfm.az əbər verir ki, yarışın ikinci günündə 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/16 final mərhələsində Bilal Çiloğlu (Türkiyə) ilə, eyni çəkidəki Vüsal Qələndərzadə 1/32 finalda Adil Osmanovla (Moldova) üz-üzə gələcək. 

81 kq-da yarışan Elcan Hacıyev 1/16 finalda Laçlan Morhed (Böyük Britaniya) / Mohab Elhanas (Kanada) cütünün qalibi ilə görüşəcək. Bu çəkidəki Zelim Tçkayev eyni raundda Cavad Sardidinin (Səudiyyə Ərəbistanı) müqavimətini qırmağa çalışacaq. 

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq. Daha əvvəl 60 kq çəki dərəcəsindəki Balabəy Ağayev bürünc medal qazanıb. 

Oxşar xəbərlər

Ağayev bürünc medal qazandı - Böyük Dəbilqə
5 cüdoçumuz tatamiyə çıxır - Böyük Dəbilqə
Daha 5 idmançımız mübarizəyə qoşulur
6 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Daha 5 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər