Millinin ilkin heyəti açıqlandı -Millətlər Liqası
UEFA Millətlər Liqasındakı oyunlara hazırlıq məqsədilə mayın 24-dən 27-dək Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq ilkin təlim-məşq toplanışına dəvət olunan futbolçuların siyahısı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yığmamızın iyunun 3-də, 6-da, 10-da və 13-də keçirəcəyi oyunlar üçün hələlik 15 futbolçuya dəvət göndərilib.
Azərbaycan kubokunun mayın 27-də keçiriləcək "Qarabağ" - "Zirə" final matçı ilə bağlı bu komandanın futbolçuları ilkin hazırlıq prosesinə çağırılmayıblar.
Qapıçılar: Səlahət Ağayev ("Sabah"), Emil Balayev ("Turan", Qazaxıstan), Rəşad Əzizli ("Səbail")
Müdafiəçilər: Höccət Haqverdi, ("Sumqayıt"), Anton Krivotsyuk ("Visla", Polşa), Azər Salahlı ("Neftçi"), Bəxtiyar Həsənalızadə ("Sabah")
Yarımmüdafiəçilər: Eddi İstafilov, Emin Mahmudov (hər ikisi "Neftçi"), Aleksey İsayev ("Sabah"), Anatoli Nuriyev ("Sumqayıt"), Dmitri Nazarov ("Erzgebirge" Almaniya), Namik Ələskərov ("Bursaspor" Türkiyə)
Hücumçular: Renat Dadaşov ("Tondel" Portuqaliya), Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya)
Oxşar xəbərlər
Millimizin heyəti açıqlandı - SİYAHI
De Byazi millinin heyətini açıqladı - Siyahı
De Byazi Qarayevi yenə milliyə çağırmadı - SİYAHI
Milllimizin heyəti açıqlandı - 26 futbolçu dəvət aldı
Nikola Yurçeviç heyəti açıqladı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
MOİK "Sumqayıt"la qarşılaşacaq - Yoxlama görüşü
-
Bu komandanı yarışdan kənarlaşdırdılar
-
Hakimi təhqir edən məşqçi və futbolçu cəzalandırıldı - QƏRAR
-
Türkiyə Belçikaya, İspaniya Çexiyaya qarşı - Millətlər Liqası















Misli Premyer Liqası