Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klublar -SİYAHI
Ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bu 27-ci turun bu gün keçirilən oyunlarından sonra dəqiqləşib.
"Sabah"ın "Sumqayıt"la 2:2 hesablı heç-heçə etməsi "Zirə" və "Qəbələ" Konfrans Liqasına vəsiqəni təmin edib. 27-ci turda "Neftçi"yə 1:0 hesabı ilə qalib gələn "Zirə" hazırda 46 xalla 3-cü, "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Qəbələ" 44 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar yarışın bitməsinə bir tur qalmış ən yaxın izləyicisi "Sabah" (40 xal) üçün əlçatmaz olublar. Son turda 3-cü yerin sahibi dəqiqləşəcək.
Qeyd edək ki, bundan əvvəl çempion "Qarabağ"ın Çempionlar Liqasında, 2-ci "Neftçi"nin Konfrans Liqasında iştirak edəcəyi dəqiqləşmişdi. (qol.az)
Oxşar xəbərlər
Türkiyəni avrokuboklarda təmsil edəcək dördüncü komanda
Misli Premyer Liqasında sonuncu tur başlayır
“Sabah” qalib gəldi və avrokuboklara vəsiqəni təmin etdi
“Zirə” 3-cü oldu - Azərbaycan Premyer Liqası
"Qarabağ" ardıcıl 6-cı dəfə Azərbaycan çempionu oldu, "Səbail" avrokuboklarda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası