Misli Premyer Liqasında sonuncu tur başlayır
Bu gün Misli Premyer Liqasında 2022/2023 mövsümünün 36-cı-sonuncu turuna start veriləcək.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək. "Sumqayıt" "Zirə"ni, "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Hər iki görüş saat 17:30-da başlayacaq. Turnir cədvəlində hazırda "Qəbələ" 49 xalla 4-cü, "Zirə" 47 xalla 5-cidir. Görüşlərin nəticələrindən sonra ölkəmizi avrokubokda təmsil edəcək sonuncu komanda müəyyənləşə bilər. Bunun üçün "Qəbələ"yə heç-heçə də sərf edir. Çünki şəxsi oyunlarda üstünlük onların tərəfindədir. "Qəbələ" uduzub, "Zirə" qalib gələcəyi halda isə Konfrans Liqasına sonuncu vəsiqənin taleyi kubokun finalında bəlli olacaq. Həmin oyunda "Neftçi" "Qəbələ"yə qalib gəlsə, KL-ə "Zirə" gedəcək.
Bundan əvvəl "Qarabağ" Çempionlar Liqasına, "Sabah" və "Neftçi" Konfrans Liqasına vəsiqəni təmin edib.
Günün son qarşılaşmasında "Səbail" "Şamaxı"nı qəbul edəcək. “Səbail” 26 xalla 9-cu, “Şamaxı” isə 25 xalla 10-cu yeri tutur. Bu görüşdə “Səbail”ə heç-heçə də sərf edir. “Şamaxı”ya isə mütləq qələbə lazımdır.
27 may (şənbə)
17:30.“Sumqayıt” – “Zirə”
“Kapital Bank Arena”
17:30.“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu
20:00. “Səbail” – “Şamaxı”
“ASCO Arena”
28 may (bazar)
17:00. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
19:30. “Qarabağ” – “Turan Tovuz”
“Azersun Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 35 | 27 | 6 | 2 | 88-24 | 87 |
| 2 | Sabah | 35 | 25 | 6 | 4 | 75-23 | 81 |
| 3 | Neftçi | 35 | 19 | 8 | 8 | 62-38 | 65 |
| 4 | Qəbələ | 35 | 13 | 9 | 12 | 46-46 | 49 |
| 5 | Zirə | 35 | 12 | 11 | 12 | 42-46 | 47 |
| 6 | Turan Tovuz | 35 | 10 | 9 | 16 | 35-46 | 39 |
| 7 | Sumqayıt | 35 | 8 | 7 | 20 | 26-67 | 31 |
| 8 | Kəpəz | 35 | 6 | 12 | 17 | 33-61 | 30 |
| 9 | Səbail | 35 | 6 | 8 | 21 | 31-62 | 26 |
| 10 | Şamaxı | 35 | 4 | 13 | 18 | 26-51 | 25 |
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 22 qol
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol
Oxşar xəbərlər
35-ci tura yekun vurulur - Misli Premyer Liqası
5 turun oyun cədvəli açıqlandı - Misli Premyer Liqası
“Səbail” “Zirə”yə, “Sumqayıt” “Şamaxı”ya qarşı - Misli Premyer Liqası
“Qarabağ” – “Neftçi” görüşü nə vaxt baş tutacaq? - Cədvəl müəyyənləşib
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı














Misli Premyer Liqası