reklam
Braziliya komandası Bakıya gələcək  -
Sportfm.az xəbər saytı

Braziliya komandası Bakıya gələcək -Dünya çempionatı


Dünya çempionatının seçmə mərhələlərindən biri olan futvole üzrə Braziliya Super Liqasına yekun vurulub.
Sportfm.az xəbər verir ki, Dünya Futvole Federasiyasının bayrağı altında baş tutan yarışda idmançılar 4 kateqoriyada mübarizə aparıblar.

Rio de Janeyrodakı dünyaca məşhur Kopabakana çimərliyində həvəskar kişilər, həvəskar qadınlar və peşəkar kişi və qadın komandalarının mübarizə apardığı turnir maraqlı idman mübarizəsinə səhnə olub.
Braziliya Futvole Federasiyasının təşkilatçılğı ilə düzənlənən Super Liqada 1994-cü ilin futbol üzrə dünya çempionu Romario da iştirak edib. Həvəskarların finalında veteran futbolçu Roberto Qauşonun komandasına qalib gələn bəstəboy hücumçu futvoleni də gözəl oynamağı bacardığını hər kəsə nümayiş etdirib.

Peşəkar idmançı qadınların finalında favorit olan Natalya/Vanessa cütlüyü rəqibindən bir baş üstün olaraq çempion olublar.
Peşəkar kişi futvole ustalarının final qarşılaşmasında isə hazırda Braziliyada bir nömrə olan Franklin/Hiltinyo cütlüyü qalib gəlib. Adı çəkilən idmançılar Bakıda baş tutacaq dünya çempionatının finalında Braziliyanı təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, Braziliya Super Liqasını başda Dünya Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov olmaqla, Azərbaycan nümayəndə heyəti də izləyib. Final görüşlərindən sonra beybəlxalq qurumun prezidenti qalibləri təbrik edib.

Oxşar xəbərlər

Romario səfir olacaq - Azərbaycanlı prezident onun razılığını alıb
Daha bir seçmə mərhələ turniri baş tutacaq
"Bundan sonra Azərbaycan yığmasının şərəfini qoruyacam" - Dünyaca məşhur ulduz
Rio de Janeyrodan Bakıya aparan yol - Seçmə mərhələ start götürdü
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər