reklam
Qurban Qurbanov ən titullu baş məşqçilərin arasında -
Sportfm.az xəbər saytı

Qurban Qurbanov ən titullu baş məşqçilərin arasında -SİYAHI


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov postsovet məkanı klublarında ən çox çempionluq yaşayan mütəxəssislərin reytinq siyahısına düşüb.

Sportfm.az xəbər verir ki, o, "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukla birlikdə 7 titulla 4-5-ci yerləri bölüşdürür.

Siyahıya latviyalı Aleksandr Starkov başçılıq edir. Vaxtilə "Bakı"ya da rəhbərlik etmiş 67 yaşlı mütəxəssisin 12 çempionluğu var. İkinci sırada rumıniyalı Mirça Luçesku (9), üçüncü yerdə isə rusiyalı Oleq Romantsev (8) qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" bu gün 9-cu çempionluğunu rəsmiləşdirəcəyi halda, Qurban Qurbanov titul sayında Romantsevə çatacaq.

Oxşar xəbərlər

Qurban Qurbanov 6-cıdır
Qurban Qurbanov 7 pillə irəlilədi
458-ci olan Qurban Qurbanov
Ən yaxşı məşqçilərin reytinqi açıqlandı - Siyahıda 2 azərbaycanlı var
Baş məşqçilərin reytinq siyahısı açıqlandı - Qurban Qurbanov neçənci sırada yer aldı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər