Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov 6-cıdır
“CIES Football Observatory” saytı eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, 79 ölkədən 110 liqaya əsasən tərtib olunan siyahıya Fransa Liqa 2-də çıxış edən “Şambri” klubunun baş məşqçisi Bruno Luzi başçılıq edir. Mütəxəssis 6 min 910 gündür bu vəzifədədir.
Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdir – 5 min 586 gün.
Ardıcıl yeddinci dəfə Azərbaycan çempionu olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov siyahıda 6-cı pillədə qərarlaşıb. Qurbanov 4 min 353 gündür Ağdam klubunu çalışdırır.
Oxşar xəbərlər
Qurban Qurbanov ilk 5-likdə - SİYAHI
Qurbanovla yeni müqavilə imzalandı - RƏSMİ
Qurbanov Bordinə yuxarıdan baxır
Qurban Qurbanov ən yaxşılar sırasında
Baş məşqçilərin reytinq siyahısı açıqlandı - Qurban Qurbanov neçənci sırada yer aldı?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası