Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Baş məşqçilərin reytinq siyahısı açıqlandı -Qurban Qurbanov neçənci sırada yer aldı?
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, siyahıda Azərbaycandan üç məşqçi – Qurban Qurbanov (“Qarabağ”), Roman Qriqorçuk (“Qəbələ”) və Ayxan Abaasovun (“Zirə”) adı yer alıb.
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci pillədə qərarlaşıb. R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov 217 xalla 999-cudur.
Qeyd edək ki, reytinq siyahısına “Real Madrid”in çalışdırıcısı Zinəddin Zidan (17 min 696 xal) başçılıq edir. Renato Qauşo (“Qremio”) 13 min 274 xalla 2-ci, Dieqo Simeone (“Atletiko Madrid”) isə 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Qurban Qurbanov uduzsa da, bərabərə qalsa da...
Qurbanovla Bordin 3 pillə gerilədi
Qurbanov 48, Bordin 32 pillə gerilədi
458-ci olan Qurban Qurbanov
Ən yaxşı məşqçilərin reytinqi açıqlandı - Siyahıda 2 azərbaycanlı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası