reklam
Rio de Janeyrodan Bakıya aparan yol -
Sportfm.az xəbər saytı

Rio de Janeyrodan Bakıya aparan yol -Seçmə mərhələ start götürdü


Braziliyanın Rio de Janeyro şəhərində start götürən futvole üzrə dünya çempionatının seçmə mərhələ turniri davam edir.
Sportfm.az xəbər verir ki, 29 apreldə başlayan yarış 4 kateqoriya üzrə keçirilir. Rio de Janeyronun dünyaca məşhur Kopabakana çimərliyində təşkil edilən oyunlarda oğlanlarla yanaşı, qadın idmançılar da mübarizə aparır. Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutan “Aguia Footvolley Cup”da bir çox tanınmış idmançı ilə bərabər, dünya futbolunun sabiq ulduzu, 1994-cü ildə planetin ən yaxşı futbolçusu seçilmiş Romarioda iştirak edir.
Seçmə mərhələ yarışının əsas təşkilatçısı olan Braziliya Futvole Federasiyasının prezidenti Anderson Aguianın şəxsi dəvəti ilə turnirə rəng qatan dünya çempionu Romario həmdə bu idman növünün dünyada əsas təbliğatçılarından biri kimi tanınır.
Azərbaycan Futnet Federasiyasının rəsmilərinin də izlədiyi turnirdə qalib gələcək idmançılar Bakıda baş tutacaq dünya çempionatının final mərhələsində mübarizə aparacaqlar.
Qeyd edək ki, turnirə mayın 1-də yekun vurulacaq.

 

 

Oxşar xəbərlər

Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Romario səfir olacaq - Azərbaycanlı prezident onun razılığını alıb
Daha bir seçmə mərhələ turniri baş tutacaq
Braziliya komandası Bakıya gələcək - Dünya çempionatı
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər