Aqil Paşayevin xatirəsinə həsr olunmuş yoldaşlıq oyunu keçirildi -FOTO
Aprelin 30-da Bakının “Neftçi” klubunun sabiq prezidenti Aqil Paşayevin anadan olmasının 75 illiyinə həsr edilmiş yoldaşlıq oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda “Neftçi”nin veteranları ilə idman jurnalistləri qarşılaşıblar.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) təşkilatçılığı keçirilən oyunda idman ictimaiyyətinin nümayəndələri, Premyer Liqada çıxış edən klubların əməkdaşları və media nümayəndələri iştirak ediblər.
AİJA-nın prezidenti Eldar İsmayılov “Neftçi”nin Azərbaycanın futbol tarixində oynadığı mühüm roldan danışaraq bildirib ki, A.Paşayevin rəhbərliyi ilə böyük uğurlara imza atıb. Onun kluba rəhbərlik etdiyi 4 il ərzində “Neftçi” Azərbaycan kubokunun qalibi olub. Bu gün A.Paşayevin 75 illiyini qeyd etmək üçün bir araya toplaşmışıq. Yoldaşlıq görüşü maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. “Neftçi”nin veteranları yoldaşlıq oyununa A.Paşayevin kluba rəhbərlik etdiyi dövrdə geyindiyi formada çıxıblar. Həmin dörd il ərzində “Neftçi” bütün ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirib və yoldaşlıq oyununun da burada təşkil olunması rəmzi xarakter daşıyır.
Oxşar xəbərlər
“Qarabağ”ın keçmiş oyunçusu “Neftçi”yə vurduqları qoldan danışdı
Pavel Paşayevin 200-cü oyunu
"Qarabağ"ın rəqibi yoldaşlıq görüşü keçirəcək
Deputatlar jurnalistləri məğlub etdi
İdman jurnalistləri yoldaşlıq matçı keçirdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası