"Qarabağ"ın rəqibi yoldaşlıq görüşü keçirəcək
"Qarabağ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukrayna "Vorskla"sı yoldaşlıq oyunu keçirəcək.
Sportfm.az xəbər verir ki, rəqib Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" olacaq. Qarşılaşma milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətində - sentyabrın 8-də Krutoy Beryoz şəhərindəki "Ltava" stadionunda oynanılacaq.
Paşayev UEFA Millətlər Liqasının görüşləri ilə əlaqədar Azərbaycan yığmasının düşərgəsində olduğundan, "Vorskla"ya qarşı çıxış edə bilməyəcək. O, sentyabrın 7-də Bakıda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta ilə keçiriləcək matçlara dəvət alıb.
Qeyd edək ki, Azərbaycan və Ukrayna təmsilçisi arasındakı ilk görüş oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda təşkil olunacaq.
Oxşar xəbərlər
Azərbaycanlının komandası "Vorskla"dan güclü oldu
"Qarabağ" - "Vorskla" oyununda bayraq aksiyası təşkil ediləcək
"Qarabağ" Avropa Liqasının oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək
"Qarabağ"ın oyunlarının başlama saatı açıqlandı
Kosovo - Azərbaycan matçının keçiriləcəyi məkan açıqlandı - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası