reklam
Deputatlar jurnalistləri məğlub etdi
Sportfm.az xəbər saytı

Deputatlar jurnalistləri məğlub etdi


Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı keçirilib.

Parlament Jurnalistləri Birliyindən Sportfm.az saytına bildiriblər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda gərgin idman mübarizəsi şəraitində keçən oyun Milli Məclisin komandasının xeyrinə başa çatıb.

Milli Məclisin Gənclər və İdman Komitəsinin təşkilatçılığı ilə keçirilən və FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda deputatlar 3, jurnalistlər isə 2 dəfə fərqləniblər.

Qeyd edək ki, yoldaşlıq oyununu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Rüfət Həsənov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev, Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları var idi.

Oxşar xəbərlər

Milli Məclisin komandası 3-cü oldu - Beynəlxalq turnir
Aqil Paşayevin xatirəsinə həsr olunmuş yoldaşlıq oyunu keçirildi - FOTO
"Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi baş tutdu - FOTO
Bakıda ilk - 5 ölkənin deputatları futbol oynayacaq
Deputatlar jurnalistlərə qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər