reklam
Ankarada toplanış davam edir -
Sportfm.az xəbər saytı

Ankarada toplanış davam edir -FOTO


Gənclər arasında Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Azərbaycan və Türkiyənin taekvondo milliləri Ankara şəhərində birgə təlim-məşq toplanışında iştirak edirlər.

Komanda.az xəbər verir ki, Zəhra İsayeva (44 kq) və Adil Əliyev (73 kq) yığmanın məşqçisi Elnur Amanovun rəhbərliyi altında Türkiyənin olimpiya komandası ilə birgə məşqlərə qatılaraq Dakar-2026-ya hazırlığı davam etdirirlər.

Birgə hazırlıq zamanı Türkiyə Taekvondo Federasiyasının prezidenti Bahri Tanrıkulu məşqi ziyarət edərək hər iki ölkənin məşqçi və idmançılarına uğurlar arzulayıb.

Görüşdə federasiyalar adından qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib. Məşqlər avqustun 26-dək davam edəcək.

Oxşar xəbərlər

Cüdoçularımızın toplanışı davam edir - FOTO
Boksçularımız AÇ-yə Türkmənistan idmançıları ilə birgə hazırlaşır
Azərbaycan milliləri bölgələrdə toplanış keçirəcək
Türkiyə və Azərbaycan millisi bir araya gələcək - Təlim-məşq toplanışı
Güləşçilərimiz hazırlıqlarını İstanbulda davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər