reklam
210 min dollar üçün
Sportfm.az xəbər saytı

210 min dollar üçün "Şah"ın gedişi başlayır


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.

"Oslo Esports Cup" da Məmmədyarov, Kuanq Lye, Praqnanandha və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) iştirak edir

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
Məmmədyarovun ilk rəqibi bəlli oldu - Champions Chess Tour
Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşdi - Champions Chess Tour

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər