reklam
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq -
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq -Champions Chess Tour


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının üçüncü mərhələsində bu gün sonuncu görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın VII turunda Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov ilk turda vietnamlı Le Kuanq Lyeyə, beşinci və altıncı turda müvafiq olaraq niderlandlı Aniş Giri və Yorden van Forestə qalib gəlib. Təcrübəli şahmatçı II, III və IV turlarda ardıcıl olaraq hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Hazırda 8 xalı olan Məmmədyarov 6-cı pillədə qərarlaşıb. 12 xala malik Karlsen isə Praqnanandha ilə 1-2-ci yerləri bölüşdürür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi - Champions Chess Tour
Məmmədyarov niderlandlı şahmatçıya qalib gəldi - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
210 min dollar üçün "Şah"ın gedişi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər