reklam
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək


Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Məmmədyarov hazırda 4 xalla 8 şahmatçı arasında 7-ci pillədə qərarlaşıb. 5 xala malik Aniş Giri həmyerlisi Yorden van Forrestlə birlikdə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi - Champions Chess Tour
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov niderlandlı şahmatçıya qalib gəldi - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
210 min dollar üçün "Şah"ın gedişi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər