Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşdi -Champions Chess Tour
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə "Champions Chess Tour" onlayn seriyasının ilk mərhələsinin - "Oslo Esports Cup" turnirinin iştirakçıları müəyyənləşib.
Sportfm.az xəbər verir ki, beləliklə, yarışda mübarizə aparacaq Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun rəqiblərinin adına aydınlıq gəlib. Məmmədyarovdan başqa Karlsenlə, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Le Kuanq Lye (Çin), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.
Qeyd edək ki, "Oslo Esports Cup" aprelin 22-sində başlayacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollardır.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov dünya çempionunu məğlub etdi - Champions Chess Tour
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
210 min dollar üçün "Şah"ın gedişi başlayır
Məmmədyarovun ilk rəqibi bəlli oldu - Champions Chess Tour
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası