Məmmədyarovun ilk rəqibi bəlli oldu -Champions Chess Tour
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsindəki ilk rəqibi bəlli olub.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə birinci görüşünü çinli Le Kuanq Lyeyə qarşı keçirəcək.
Bu gün start götürəcək yarışda ümumilikdə 8 iti zəka sahibi qüvvəsini sınayacaq.
"Oslo Esports Cup" da Məmmədyarov, Kuanq Lye və Karlsenlə yanaşı, Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) iştirak edəcəklər.
Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dolları təşkil edir.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq - Champions Chess Tour
Məmmədyarov ikinci qələbəsini qazandı - Champions Chess Tour
Şəhriyar Məmmədyarov niderlandlı şahmatçı ilə üz-üzə gələcək
210 min dollar üçün "Şah"ın gedişi başlayır
Şəhriyar Məmmədyarovun rəqibləri müəyyənləşdi - Champions Chess Tour
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası