reklam
Qara Qarayev gənclərə çağırış etdi
Sportfm.az xəbər saytı

Qara Qarayev gənclərə çağırış etdi


Millimizin və "Qarabağ"ın futbolçusu Qara Qarayev insanları narkomaniyaya qarşı mübarizəyə çağırıb.

Sportfm.az xəbər verir ki, bununla bağlı o, özünün "Feysbuk" hesabında yazıb: 

"Ona “ağ ölüm” deyirlər. Minlərlə insanın taleyini qaraya boyayan narkotiklərə qarşı mübarizə hər birimizin məsuliyyətidir. Düşüncəli, ayıq, savadlı cavanlar artdıqca, narkotiklərdə təsəlli və “xilas” axtaranların sayı azalar. Gəlin, gələcəyimizi birlikdə düşünək. Bunun üçün cəmiyyətimizin hər bir üzvünü narkomaniya bəlasına qarşı mübarizəyə səsləyirəm. Bu mübarizədə fəal olaq, sağlam, işıqlı gələcək naminə bu işə laqeyd yanaşmayaq".

Qarayev Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Gənclər və İdman Nazirliyinin müştərək layihəsində iştirak etməkdən qürur duyduğunu yazıb: "Əminəm ki, Lənkəranda keçirilən maraqlı, maarifləndirici təlimlər, idman yarışları sağlam həyat tərzinin təbliğatı işinə öz töhfəsini verəcək. Bu hərəkata dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm".

Oxşar xəbərlər

Qara Qarayev Abışovla bağlı paylaşım etdi - FOTO
"Komanda yoldaşlarıma mənəvi dəstək olacağam" - Qara Qarayev
Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başladı
"Bu adı tək qazanmamışam" - Qara Qarayev
BOK, BMT və ÜST pandemiyaya qarşı birgə mübarizə aparacaq - Saziş imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər