reklam
BOK, BMT və ÜST pandemiyaya qarşı birgə mübarizə aparacaq -
Sportfm.az xəbər saytı

BOK, BMT və ÜST pandemiyaya qarşı birgə mübarizə aparacaq -Saziş imzalandı


Beynəlxalq Olimpiya Komitəsi (BOK), BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 23 İyun - Beynəlxalq Olimpiya Günündə birgə əməkdaşlıq haqqında saziş imzalayıblar. Tərəflər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində “Birlikdə sağlam olaq!” layihəsinə start veriblər.

Sportfm.az xəbər verir ki, komitənin prezidenti Tomas Bax tədbirdə çıxış edərək idmanın insanın sağlamlığı üçün əhəmiyyətindən danışıb. O deyib: “Hər kəsi narahat edən koronavirus pandemiyası göstərdi ki, bədən tərbiyəsi və idman insan həyatı, onun sağlamlığı üçün vacib əhəmiyyət daşıyır. BMT və ÜST ilə bir yerdə işləyərək biz daha bir addım irəliləyə bilərik. Olimpiya Oyunlarının iştirakçıları “Birlikdə sağlam olaq!” layihəsi ilə öz zəngin təcrübələrini hamı ilə bölüşəcəklər”.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus hər kəsi virusla mübarizədə fəal olmağa çağırıb.

 

Oxşar xəbərlər

Qara Qarayev gənclərə çağırış etdi
Olimpiya və Paralimpiya Oyunlarının açılışları ayrı keçiriləcək - Təşkilatçılar belə uyğun bildi
"Növbəti Olimpiya Oyunlarına qədər müsbət nəticələr əldə edə bilərik" - ÜST-nin baş direktoru
Azərbaycan Milli Olimpiya Komitəsi beynəlxalq forumda iştirak edir
Prezidentlər "əl sıxışdı", razılaşdılar - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər