Cüdo Federasiyası narkomaniyaya qarşı kampaniyaya başladı
Azərbaycan Cüdo Federasiyası (ACF) narkomaniyaya qarşı kampaniyaya start verib.
Sportfm.az xəbər verir ki, ACF “İdmanı seç, sağlam qal!” və “Narkotikə yox” şüarları altında kampaniya elan edərək səsini eşitdirməyə və bütün idman ictimaiyyətini səfərbər olmağa çağırıb.
Kampaniyanın əsas məqsədi yeniyetmə və gəncləri sağlam həyat tərzi seçməyə, asudə vaxtını daha səmərəli keçirməyə və zərərli vərdişlərdən uzaq olmağa təşviq etməkdir.
Bildirilib ki, Azərbaycan cüdo ailəsinin üzvləri narkotikə yox deyərək kampaniyaya qoşulublar, bununla da onlar sağlam cəmiyyətlərin qurulmasına sadiq olduqlarını nümayiş etdiriblər. BMT-nin Baş Assambleyasının qərarına əsasən, iyunun 26-sı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. Bu günün önəmini vurğulamaq üçün ACF estafeti Güləş, Gimnastika, Həndbol, Stolüstü Tennis, Ağır Atletika Federasiyalarına ötürür.
Oxşar xəbərlər
Mahir irqçiliyə qarşı kampaniyaya dəstək verdi
Qara Qarayev gənclərə çağırış etdi
"İdmanla məşğul olaq" adlı turnir keçirildi - Qaliblər mükafatlandırıldı
BOK, BMT və ÜST pandemiyaya qarşı birgə mübarizə aparacaq - Saziş imzalandı
İdmançılarımız da kampaniyaya qoşuldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası