reklam
Çempionluq Rusiyadan alındı -
Sportfm.az xəbər saytı

Çempionluq Rusiyadan alındı -Azərbaycana verildi


Dünya Güləş Birliyi (UWW) 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

Sportfm.az xəbər verir ki, buna həmin vaxt Rusiya yığmasının heyətində mübarizə aparmış Anzor Boltukayevin dopinq testinin müsbət çıxması səbəb olub.

97 kq çəki dərəcəsində çıxış edən idmançı Serbiyanın Novi Sad şəhərində təşkil olunmuş qitə birinciyilinin finalında türkiyəli Rıza Yıldırıma uduzaraq, ölkəsinə 9 xal qazandırıb. Lakin antidopinq qaydalarını pozduğu üçün güləşçinin nəticələri ləğv edilib.

Bununla da komanda hesabında Rusiyanın aktivindən 9 xal silinib və 58 xala malik Azərbaycan komandası avtomatik olaraq ikinci pillədən birinci sıraya yüksələrək, Avropa çempion olub.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş yığması 2017-ci Avropa çempionatında 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. Milli komanda ilk qitə çempionluğunu 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə, üçüncüsünü isə 2022-ci ildə Macarıstanın paytaxtı Budapeştdə əldə edib.

Oxşar xəbərlər

Millimiz Avropa çempionu oldu - UĞUR
Rıza Kayaalp 11 qat Avropa çempionu oldu - UĞUR
Güləş millimiz Avropa üçüncüsü oldu! - 3 qızıl və 1 gümüş
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər