reklam
Yığmamızın seleksiya oyunları keçiriləcək
Sportfm.az xəbər saytı

Yığmamızın seleksiya oyunları keçiriləcək


Azərbaycanın U-15 milli komandasına (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.

U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr-1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.

Oxşar xəbərlər

Millimiz təlim-məşq toplanışı keçirəcək
AFFA seleksiya xarakterli futbol turniri keçirdi
Seleksiya xarakterli oyunlar keçiriləcək - AFFA
Seleksiya xarakterli oyun keçirildi - FOTO
Birinci Divizion klubumuz ölkə xaricinə yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər