• 14:46 Çərşənbə
    27 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu

Azərbaycan güləşi üçün 2017-ci ilin yekunu

2017-ci il də Azərbaycan güləşçiləri Avropa və dünya çempionatları, eləcə də IV İslam Həmrəyliyi Oyunlarında 99 medal qazanıb.

Sportfm.az xəbər verir ki, medallardan 33-ü qızıl, 29-u gümüş, 37-si bürünc olub.

Ümumilikdə isə Azərbaycan güləşçiləri 294 (94 qızıl, 69 gümüş, 131 bürünc) medal əldə ediblər. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilər böyüklərin yarışında isə il ərzində 91 medala sahib olub. İl ərzində əldə edilən medalların 156-nı sərbəst, 102-ni yunan-Roma güləşçiləri qazanıb, 36 medal isə qadın güləşçilərin payına düşüb.

Böyüklərin mübarizəsində ilin əvvəlində Dünya Kuboku yarışlarına qatılan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalar ilk üçlükdə qərarlaşıblar. İranda keçirilmiş yarışları yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə üçüncü sırada başa vurub. Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında güləşçilər 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. Sərbəst və qadın güləşçilər komanda hesabında 2-ci nəticə göstərib. Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilər 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurub. Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında 1 qızıl və 2 bürünc medal qazanılıb. Sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə Azərbaycanın güləş tarixində yeni səhifə yazılıb. Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatında 2 qızıl, 3 gümüş və 6 bürünc medal əldə olunub. Sərbəst güləşçilər komanda hesabında dünya üçüncüsü olub.

Macarıstanın Şombateli şəhərində keçirilmiş 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatında 5 qızıl, 1 gümüş və 5 bürünc medal qazanılıb. Medal əyarına görə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıb, komanda hesabında isə yığma Avropa üçüncüsü olub.

Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşa qədər güləşçilərin Dünya çempionatında isə Azərbaycan yığmaları 5 bürünc medal qazanıb.

Almaniyanın Dortmund şəhərində keçirilən Avropa çempionatında pəhləvanlar ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilər komanda hesabında 2-ci nəticə göstərib.

Finlandiyanın Tampere şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

2017-ci il yeniyetmə güləşçilər Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda təşkil edilən Avropa çempionatında 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıb. 2016-cı ildə olduğu kimi ötən il də sərbəst güləşçilər komanda hesabında ikinci olub.

Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya çempionatında da güləşçilər 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal qazanıblar. Komanda hesabında isə sərbəst güləşçilər 3-cü nəticə göstərib.

Bundan başqa, yığma komandalar 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıb. Bu medalların 61-nin əyarı qızıl, 40-ı gümüş və 94-nün əyarı isə bürünc olub.

скачать dle 10.4 UTF-8Forex для начинающих

5-01-2018
374
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
19-12-2020
Yığmamız Dünya Kubokunda üçüncü oldu -
Yığmamız Dünya Kubokunda üçüncü oldu - 2 medalla
27-12-2019
Karateçilərimiz 2019-cu ilə 76 qızıl, 109 gümüş və 97 bürünc medalla yekun vurur
Karateçilərimiz 2019-cu ilə 76 qızıl, 109 gümüş və 97 bürünc medalla yekun vurur
27-07-2019
Olimpiya Festivalında idman yarışlarına yekun vuruldu
Olimpiya Festivalında idman yarışlarına yekun vuruldu
23-07-2019
Medal siyahısına Azərbaycan millisi başçılıq edir
Medal siyahısına Azərbaycan millisi başçılıq edir
1-07-2019
“Minsk-2019”un yekunu:
“Minsk-2019”un yekunu: Nə qazandıq?
24-06-2019
Güləş yığmamız Avropa ikincisi oldu
Güləş yığmamız Avropa ikincisi oldu
9-07-2018
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı
Güləşçilərimiz dünya çempionatında 8 medal qazandı
20-06-2018
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı -
Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı - FOTO
10-06-2018
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
17-05-2018
Daha bir idmançımız Argentinaya yollanacaq
Daha bir idmançımız Argentinaya yollanacaq
28-11-2017
Güləşçilərimiz dünya çempionatında beş medal qazandılar
Güləşçilərimiz dünya çempionatında beş medal qazandılar
22-09-2017
Əşrəf Əliyev Litvada nə etdi?
Əşrəf Əliyev Litvada nə etdi?
11-09-2017
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
Güləşçilərimiz dünya çempionatında 10 medal qazanıblar
9-09-2017
Qadınlarımız Dünya çempionatını 2 medalla tamamladı
Qadınlarımız Dünya çempionatını 2 medalla tamamladı
29-06-2017
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu
Yığmamız Avropa Çempionatında 2-ci yeri tutdu
  Xəbər Lenti
"Sabah"ın Bəhlul Mustafazadə ilə bağlı açıqlaması yalandır" - Səbuhi Səfiyarlı 27.01.2021, 14:39
22 yaşlı futbolçu qətlə yetirildi - Rusiyada 27.01.2021, 14:32
Corcina Rodriges geyim markası yaradır - "OM by G" 27.01.2021, 13:38
“Fənərbaxça”nın sabiq baş məşqçisi dünyasını dəyişdi - 84 yaşında 27.01.2021, 13:34
"Zirə" tabloya görə cərimələndi - AFFA 27.01.2021, 12:30
“Qarabağ” – “Səbail” matçının təyinatlar - Premyer Liqa 27.01.2021, 12:28
Mahir Emreli "Qarabağ"da qalacaq - AÇIQLAMA 27.01.2021, 12:26
Beynəlxalq dərəcəli hakimimizə yeni təyinat - Şəmkirdə 27.01.2021, 11:42
İbrahimoviç və Lukaku arasında insident - VİDEO 27.01.2021, 11:37
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
16-01-2021
“Turan Tovuz” futbol akademiyası açıldı -
“Turan Tovuz” futbol akademiyası açıldı - FOTO
18-01-2021
Özil İstanbulda -
Özil İstanbulda - FOTO
19-01-2021
"İlk məşqimiz adama yuxu kimi gəlirdi" - Yığmamızın qapıçısı
21-01-2021
Vətən müharibəsindən qayıdan hakimimiz üçün flaşmob -
Vətən müharibəsindən qayıdan hakimimiz üçün flaşmob - VİDEO
21-01-2021
"11 ay az müddət deyil" - Rizvan Fərzəliyev
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb