reklam
“Kəpəz”in futbolçusu 3 həftəlik sıradan çıxdı
Sportfm.az xəbər saytı

“Kəpəz”in futbolçusu 3 həftəlik sıradan çıxdı


Azərbaycan Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la matçda zədə səbəbindən oyunu yarımçıq dayandıran “Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovun fiziki durumu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.

Həkimlərin rəyinə əsasən, Səmədov 2-3 həftədən sonra yaşıl meydançalara qayıda biləcək. Onun oktyabrın 9-da “Araz-Naxçıvan”la görüşdə forma geyinəcəyi sual altındadır.

Səmədov “Sumqayıt”la qarşılaşmada ikinci hissənin əvvəlində mübarizəyə qoşulsa da, zədə ucbatından cəmi 13 dəqiqə sonra əvəzlənib.

Oxşar xəbərlər

“Kəpəz”in kapitanı sıradan çıxdı - 6 həftəlik
Kərim Benzema sıradan çıxdı
"Qarabağ"ın daha bir futbolçusu sıradan çıxdı
“Kəpəz”in zədəli futbolçusunun son durumu
İstanbul klubunun lideri sıradan çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər