Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi" "Qarabağ"da oynayan futbolçunu heyətinə cəlb edir
Karyerasını Rusiyada davam etdirən azərbaycanlı futbolçu Elvin Talıbov Vətənə qayıda bilər.
Sportfm.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Neftçi”nin maraq dairəsindədir.
“Qarabağ”ın U-19 və əvəzedici komandasında üç il çıxış etdikdən sonra ötən ilin yayında Rusiyanın aşağı liqa klubu “Maşuk”a keçən Talıbovu bakılılar ilk olaraq əvəzedici heyətə cəlb etməyi planlaşdırır. Azərbaycanın U-19 yığmasının sabiq üzvünün “Maşuk”la müqavilə müddəti mövsümün sonuna qədərdir. Elvin “Neftçi”nin şərtləri ilə razılaşsa, bu kluba azad agent kimi gələcək.
Qeyd edək ki, “Rostov”un yetirməsi olan Elvin Talıbov 2018-ci ildə “Qarabağ”a keçib.
Oxşar xəbərlər
Azərbaycanlı futbolçu Polşa klubunda - Detalları açıqlanmadı
Azərbaycanlı futbolçu klubunu dəyişdi - Rusiyada
Azərbaycanlı futbolçu Gürcüstan klubunda - RƏSMİ
Elvin Məmmədov "Sumqayıt"da - Transfer
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu















Misli Premyer Liqası