Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elvin Məmmədov "Sumqayıt"da -Transfer
“Sumqayıt” Tellur Mütəllimovun ardınca daha bir futbolçunu heyətinə cəlb edib.
Sportfm.az klubun saytına istinadla xəbər verir ki, son mövsümü “Zirə”də keçirmiş Elvin Məmmədovla 1 illik müqavilə imzalanıb.
2018/19 mövsümündə “Sumqayıt”da oynamış Elvin Məmmədov (15 oyun, 2 qol) “Zirə” (50 oyun 5 qol) ilə yanaşı “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Qəbələ”nin (11 oyun, 2 qol) uğurları üçün çalışıb. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış 31 yaşlı yarımmüdafiəçi yığmanın heyətində 37 qarşılaşmada 7 qol vurub.
Oxşar xəbərlər
"Sumqayıt"da növbəti transfer - 1 illik müqavilə
"Qarabağ"ın daha bir futbolçusu "Sumqayıt"da - FOTO
“Sumqayıt” daha bir transfer etdi
Əfran İsmayılov Türkiyəyə gedəsi olmadı...
Məmmədov "Qəbələ"dən sonra "Sumqayıt"da - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası