reklam
Tanınmış klubumuz dağılmaq üzrədir
Sportfm.az xəbər saytı

Tanınmış klubumuz dağılmaq üzrədir


Qadın voleybolçulardan ibarət "Azəryol" voleybol klubu aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracaq.
 
Sportfm.az xəbər verir ki, səbəb hazırda Azərbaycan Həndbol Federasiyasına rəhbərlik edən "Azəravtoyol" ASC-nin prezidenti Saleh Məmmədovun klubu maliyyələşdirməkdən imtinasıdır.
 
O, hələ 2016-cı il dekabrın 1-də federasiya rəhbəri seçildikdən sonra voleybola diqqət ayıra bilməyəcəyini açıqlayıb. Azərbaycan Voleybol Federasiyası "Azəryol"un mövsümü başa vurması üçün komandanın maliyyələşməsini öz üzərinə götürüb. Azərbaycan Super Liqasına martın sonlarında yekun vurulacaq. Məhz həmin vaxtadək klubun voleybolçuları və texniki işçilərinə maaşlar ödəniləcək. Kollektivin sonrakı aqibəti isə bilinmir.
 
Qeyd edək ki, hazırda "Azəryol" Super Liqada 11 oyundan 16 xalla 3-cü pillədə qərarlaşıb. Bu komanda ötən mövsüm CEV Kubokunda "4-lər" finalınadək irəliləyib. 

Oxşar xəbərlər

“Azəryol” yarımfinalda - Azərbaycan Kuboku
Azərbaycan çempionatının gümüş mükafatçısı İtaliya klubuna keçdi
Saleh Məmmədovun sonu yaxşı görünməyən (Azər)YOLu
Gürcüstan voleybolçuları Dərnəgüldə!
“Azəryol”dan biri də getdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər