"Çelsi"nin futbolçuları klubu tərk edir -Sanksiyalara görə
"Çelsi"nin bəzi futbolçuları kluba qoyulan qadağalar səbəbindən klubu tərk etmək istəyirlər.
Sportfm.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Bəzi oyunçular Britaniya hökumətinin Roman Abramoviçə tətbiq etdiyi sanksiyalar səbəbindən klubun banks hesabını bloklanmasına, transfer qadağası almasına və bilet satışı edə bilməməsinə görə narahatdır. Onlar komandanın maliyyə vəziyyətinin pisləşəcəyini düşünürlər.
Xəbərdə o da qeyd olunub ki, adı açıqlanmayan oyunçuların menecerləri müqavilələrinə xitam verilməsi imkanlarını müzakirə etmək üçün vəkillərlə əlaqə saxlayıblar. Klub maaşları gecikdirməyə başlayarsa, futbolçular tərəfindən müqavilənin pozulması variantı nəzərdən keçirilir.
Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib.
Oxşar xəbərlər
Abramoviç "Çelsi"ni satdı - RƏSMİ
Hemilton və Uilliamsdən "Çelsi" üçün sərmayə - 10 milyon sterlinq
Abramoviç "Çelsi" rəhbərliyindən uzaqlaşdırıldı - Sanksiyalara görə
"Çelsi"nin bank hesabı bloklandı - Səbəb açıqlandı
"Çelsi"nin satışına qadağa qoyuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası